Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10331
az

Rövşən Lənkəranskinin yaxını “Krıtı Vüsal”a HÖKM OXUNDU

12:5026 Fevral, 2019
1094
KRİMİNAL
  • A
Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, kriminal aləmdə “Krıtı Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Lent.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

 Hakimlər kollegiyasının hökmü ilə “Krıtı Vüsal” 7 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

 Hökmlə razı olmayan avtoritet Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

 Yaxın günlərdə o yenidən hakim qarşısına çıxarılacaq.

 Qeyd edək ki, ötən il Vüsal Nuriyev Yardımlı rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 3 bükümdə ümumi çəkisi 2 kiloqram 610 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, narkotik vasitə Yardımlı rayonu ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilib.


Xatırladaq ki, “Krıtı Vüsal” kriminal aləmdə böyük nüfuza malikdir. Dəfələrlə məhkumluq həyatı yaşamış Nuriyev cəza çəkdiyi müəssisələrdə “vəziyyət”ə baxıb. Onu da qeyd edək ki, V.Nuriyev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamı olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi