Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103296
az

İsrail Vaşinqtonu narahat edir

22:2623 Fevral, 2024
162
DÜNYA
  • A

Amerika administrasiyası İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi çərçivəsində 3 min ev tikmək planlarından məyusdur.

 

Oxu24.com  xəbər  verir  ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Argentinanın xarici işlər naziri Diana Mondino ilə birgə mətbuat konfransında deyib.

 

"Yaşayış məntəqələri ilə bağlı biz məlumatları nəzərdən keçirdik və deməliyik ki, bu bəyanatdan məyus olduq" dedi. "Həm Respublikaçılar, həm də Demokratlar administrasiyası dövründə ABŞ-ın siyasəti olub ki, yeni yaşayış məntəqələri sülhə əks təsir göstərir.

 

Onlar həm də beynəlxalq hüquqa ziddir", - Blinken bildirib.

 

Bundan əlavə, amerikalı departament rəhbərinin sözlərinə görə, Vaşinqton hesab edir ki, Qəzza zolağının gələcəyi ilə bağlı istənilən plan onun ərazisinin azaldılmasını, işğalını və Fələstin anklavından terrorçuların istifadəsini istisna etməlidir.

 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açıldı
Maskdan QORXULU AÇIQLAMA -İnsanlar belə qərar versələr, bəşəriyyət YOX OLACAQ
Ərinin hədiyyə aldığı bahalı iPhone-u bəyənməyib AĞLADI - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı