Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103294
az

Almaniya Aİ-nin Qırmızı dənizdəki “Aspides” missiyasına qoşun göndərilməsini təsdiqləyib

21:5523 Fevral, 2024
91
DÜNYA
  • A

Almaniyanın Federal Parlamenti (Bundestaq) “Aspides” missiyasına dəstək olaraq alman əsgərlərinin Qırmızı dənizə göndərilməsinə icazə verən qətnaməni təsdiqləyib.

 

Oxu24.com xəbər  verir  ki, parlamentdə keçirilən səsvermədə 538 deputat təklifi təsdiqləyib, 31 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.

 

Nazirlər Şurasının daha əvvəl qəbul etdiyi memoranduma görə, Almaniya bir freqat və təxminən 700 əsgəri ilə missiyaya töhfə verəcək.

Missiya fevralın 19-da başlayıb

Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki “Aspides” missiyası fevralın 19-dan başlayıb.

Aİ Şurasının fevralın 19-da verdiyi açıqlamaya görə, “Aspides” missiyası yalnız müdafiə məqsədi daşıyacaq.

Qərargahı Yunanıstanın Larissa şəhərində olacaq missiyaya kontr-admiral Vasilios Griparis komandanlıq edəcək.

Qırmızı dənizdəki vəziyyət

İranın dəstəklədiyi Yəməndəki husilər 31 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini Yəmən sahillərində ələ keçirməyə başladılar və bəzilərinə pilotsuz hücumlara başladılar. 

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqladı.

31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterlərinin atəşinə məruz qalıb.

Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarına dərhal son qoyulmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər