Avropa İttifaqı Rusiyanın qondarma Xerson vilayətinin "hökumət başçısına" və "sədr müavininə", eləcə də bir sıra "nazirlər"inə qarşı sanksiyalar tətbiq edib.
Oxu24.com xəbər verir ki,bu barədə birliyin rəsmi jurnalında deyilir.
Siyahıda tanınmamış Xerson vilayəti "hökumətinin başçısı" Andrey Alekseenko və vilayət hökumətinin "sədr müavini" Semyon Mashkautsan da var.
Avropa İttifaqı həmçinin 13-cü anti-Rusiya sanksiyalar paketinə “Birincilər Hərəkatı” uşaq və gənclərin ümumrusiya hərəkatını da daxil edib.
Fevralın 23-də Aİ Rusiya vilayətlərinin qubernatorlarına qarşı sanksiyalar tətbiq edib.
Bundan əvvəl Putin Rusiyaya qarşı sanksiyaları ağılsızlıq və düşüncəsiz adlandırmışdı.
Oxu24.com
ŞƏRHLƏR