Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103214
az

Rusiya:  Abbas Fələstinlərarası görüşdə iştirak etməyi planlaşdırmır

14:3822 Fevral, 2024
126
DÜNYA
  • A

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Fələstin Milli Administrasiyasının (PNA) rəhbərinin Rusiya Federasiyasına səfəri planlaşdırılan Fələstinlərarası konfransla bağlı deyil.

 

Oxu24.com  xəbər  verir  ki,  Boqdanov bu barədə RİA Novosti agentliyinə müsahibəsində bildirib.

 

“Mahmud Abbasın səfərinin bu görüşlə heç bir əlaqəsi yoxdur” deyən o, yaxın gələcəkdə belə bir səfərin gözlənilmədiyini vurğulayıb.

O qeyd edib ki, Rusiya prezident seçkilərindən sonra Abbasın Moskvaya səfərinin vaxtını PNA ilə müzakirə etməyə davam edəcək.

Bundan əvvəl Fələstinin sosial inkişaf naziri, Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Əhməd Məcdəlani Fələstinin Rusiyanın siyasi və humanitar əməkdaşlıqla bağlı mövqeyini yüksək qiymətləndirdiyini bildirib.

Bundan əlavə, Fələstin Azadlıq Təşkilatının (FAT) siyasi departamentinin direktoru Ənvər Əbdülhadi RBC ilə söhbətində bildirib ki, Fələstin haqlı olaraq Rusiya Federasiyasını bir dövlət olaraq öz həyat və müstəqillik mübarizəsində dayaq hesab edir.

Daha əvvəl bildirilmişdi ki, ərəb ölkələri Fələstin dövlətçiliyi üçün İsraildən zəmanət tələb edir.

 

Miri

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tokioda universitetdə tələbə insanlara çəkiclə   hücum    edib
Daha bir ölkədə       zəlzələ      oldu
Los-Ancelesi yandırmaqda şübhəli bilinən bir nəfər       həbs       edildi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib