Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10321
az

Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib – TƏFƏRRÜAT

01:0426 Fevral, 2019
600
KRİMİNAL
  • A
 Bakıda qardaş və bacının özlərinə qəsd etmələrinin təfərrüatları məlum olub.

Oxu24.com ONA-ya istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə atalarının ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb olub.

Belə ki, Asim və Aysel 6 il əvvəl analarını itirib. Ataları Bakir Kərimov həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.

Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına "o uşaq dünyaya gəlsə, özümü öldürəcəm” deyə xəbərdarlıq edib. Lakin B. Kərimov oğlunun etirazına məhəl qoymayıb. A. Kərimov yaşadığı evdə özünü asıb.

A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən A.Kərimovanın vəziyyətinin orta-ağır qiymətləndirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR