Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103201
az

Türk İnteqrasiya Olimpiadası keçiriləcək

12:3822 Fevral, 2024
213
  • A
Oxu24.com  xəbər verir ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək olimpiadadır.
 
Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib. 
 
TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.
 
Olimpiadanın dörd əsas məqsədi var:
1. Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
4. Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
 
Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri.
 
Olimpiadada bu şərtlərlə iştirak mümkündür:
1. Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək;
2. Seçim mərhələsində 40 %-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaq;
3. Hər komandanın rəhbəri olacaq;
4. TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.
 
TİO iki mərhələdə baş tutacaq:
1. Seçim mərhələsi (milli raund) – fevral – aprel ayları;
2. Final mərhələsi (qlobal raund) – may ayı.
 
Olimpiada 20 sualdan ibarətdir. Qiymətləndirmə isə sualların çətinlik dərəcəsinə aparılacaq: 
1) 5 asan sual 4 bal;
2) 10 orta sual 5 bal;
3) 5 çətin sual 6 bal. 
 
Maksimum bal 100-dür. İmtahan müddəti 60 dəqiqədir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur
Yol polisindən sürücülərə xəbərdarlıq
CHP-nin namizədi kim olacaq: Mənsur Yavaş, yoxsa İmamoğlu?

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı