Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103196
az

DYP bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib

11:5522 Fevral, 2024
135
CƏMİYYƏT
  • A
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün "Qarabağ" futbol klubu ilə Portuqaliyanın "Braqa" klubu arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib. Bu barədə Oxu24.com-a idarədən məlumat verilib. Məlumatda oyunu izləməyə gələn azarkeşlərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur. "Keçiriləcək matçla əlaqədar digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur", - idarənin məlumatında vurğulanıb. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də Azərbaycanın "Qarabağ" futbol klubu ilə Portuqaliyanın "Braqa" klubu arasında futbol matçı keçiriləcək. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Slovakiyanın Baş naziri güllələndi, 71 yaşlı kişi saxlanıldı
Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi