Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103167
az

ABŞ-ın Rusiya Federasiyasındakı səfiri istintaq təcridxanasında jurnalist Qerşkoviçə baş çəkib

20:3521 Fevral, 2024
179
  • A

Çərşənbə günü, fevralın 21-də ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Lefortovo istintaq təcridxanasında casusluqda ittiham olunan amerikalı jurnalist Evan Qerşkoviçə baş çəkib.

 

Oxu24.com   xəbər  verir   ki,  bu barədə ABŞ-ın Moskvadakı səfirliyi Telegram-da məlumat yayıb.

 

"Evanın səhhəti yaxşıdır və vəziyyətə baxmayaraq, əhval-ruhiyyəsi yaxşıdır", - diplomatik nümayəndəlikdən bildiriblər.

 

Onlar əlavə ediblər ki, Gerşkoviçə və ailəsinə lazım olan bütün dəstəyi bundan sonra da verəcəklər.

 

Fevralın 20-də Moskva Şəhər Məhkəməsi Lefortovo Rayon Məhkəməsinin The Wall Street Journal-ın müxbiri Qerşkoviç barəsində həbs müddətinin uzadılması barədə qərarından verilən apellyasiya şikayətinə baxıb.

Məhkəmə qərarı dəyişdirilmədən saxlayıb, apellyasiya şikayəti təmin edilməyib. Gerşkoviç 2024-cü il martın 30-dək həbsdə qalacaq.

Gerşkoviç 2023-cü il martın sonunda casusluq ittihamı ilə saxlanılıb. Rusiya qanunvericiliyinə görə, jurnalisti 20 ilədək həbs cəzası gözləyir.

Daha əvvəl Putin Qerşkoviçin ABŞ-a hansı şərtlərlə qayıda biləcəyini demişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harri və Meqandan yanğınlarla    bağlı    dəstək
Los-Ancelesdəki yanğında ölənlərin sayı 10-a çatıb
Böyük Britaniya milyonçusu iflas elan edir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xaçmazda narkotiklə bağlı iki nəfər      həbs       edildi