Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103164
az

Zelenski Polşa rəhbərliyini sərhəddə görüşə dəvət edib

20:3021 Fevral, 2024
127
  • A

Ukrayna prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tusku nəqliyyat blokadası məsələsini həll etmək üçün fevralın 24-dək ölkələr arasında sərhədə gəlməyə dəvət edib.

 

Oxu24.com  xəbər  verir  ki, müvafiq videomüraciət Ukrayna liderinin Telegram kanalında yayımlanıb.

 

Zelenski qeyd edib ki, o, Ukrayna hökumətinin üzvlərinə sərhədə gəlməyi tapşırıb. O, Tusku, eləcə də Polşa prezidenti Anjey Dudanı bu dialoqu dəstəkləməyə çağırıb.

 

“Bu, milli təhlükəsizlikdir, biz bunu gecikdirməməliyik. Qarşıdakı günlər bizə bunu etmək şansı verir. Mən də hökumətimizlə sərhəddə olmağa hazıram”, - deyə Zelenski bildirib.

 

Bundan əvvəl Polşanın Lvovdakı baş konsulu Eliza Dzvonkiewicz Ukrayna ilə sərhəddə etiraz aksiyası keçirən fermer həmkarlarının hərəkətlərindən utandığını bildirib. Eyni zamanda konsul aydınlaşdırıb ki, o, yalnız fermerlərin etirazının formasına görə utanır, etirazçıların tələblərinə görə deyil.

Polşalı fermerlərin etirazları yanvarın sonundan, yüzlərlə traktorla Ukraynadan Varşavaya gedən magistral yolu bağladıqdan sonra yenidən başlayıb. Fermerlər taxıl daşıyan Ukrayna yük maşınlarına hücum etməyə başlayandan sonra münaqişə daha da şiddətlənib. Onlar iki vaqon dolusu qarğıdalı da dəmiryol relslərinin üzərinə səpələyiblər.

Etiraz edən fermerlərdən biri hətta traktora Rusiya prezidenti Vladimir Putini “Ukraynaya, Brüsselə və bizim hakimiyyətə nizam-intizam” gətirməyə çağıran pankart asıb.

Bundan əvvəl Polşa rəsmisi sərhəddəki vəziyyətlə bağlı Ukraynaya ultimatum verib.

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harri və Meqandan yanğınlarla    bağlı    dəstək
Los-Ancelesdəki yanğında ölənlərin sayı 10-a çatıb
Böyük Britaniya milyonçusu iflas elan edir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Cinayətdə şübhəli bilinən70 nəfər saxlanıldı