Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103162
az

Almaniyada iqtisadiyyatdakı problemlər Rusiya ilə  bağlıdır

20:2321 Fevral, 2024
168
  • A

Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek bildirib ki, ölkə iqtisadiyyatının problemləri onun sənaye istehsalının əhəmiyyətli hissəsinin Rusiya qazından asılı olması ilə bağlıdır.

 

Oxu24.com xəbər  verir  ki,  bu barədə TASS məlumat yayıb.

 

“Almaniyanın çoxlu enerji tutumlu sənayesi var, çünki bizim Rusiyadan çoxlu qazımız var idi. İndi bu qaz yoxdur”,-deyə məlumatda  qeyd  edilir.

Onun sözlərinə görə, başqa dövlətlərdə ya bu qədər enerji tutumlu sənaye obyektləri yoxdur, ya da Rusiya qazı olmayıb.

“Bizim asılılıq yalnız qismən Avstriya və Çexiyada müşahidə olunub”, o qeyd edib.

Bir gün əvvəl Almaniya kansleri Olaf Şolz Ukrayna münaqişəsinin nəticələrinin Almaniyaya ağır zərbə vurduğunu, çünki o, bu vəziyyətə hazır olmadığını bildirib. O qeyd edib ki, Almaniya hökuməti vəziyyəti düzəltmək üçün tez bir zamanda lazımi tədbirlər görüb. Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün terminallar “rekord müddətdə” tikilib.

Bundan əvvəl Almaniyanın Rusiya qazından istifadəni davam etdirdiyi məlum olub. Yanacaq ölkəyə Belçika və Hollandiyadakı LNG terminalları vasitəsilə daxil olur.

Daha əvvəl bildirilmişdi ki, sanksiyalara baxmayaraq, Rusiyadan Avropaya LNG tədarükü iki il ərzində artıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harri və Meqandan yanğınlarla    bağlı    dəstək
Los-Ancelesdəki yanğında ölənlərin sayı 10-a çatıb
Böyük Britaniya milyonçusu iflas elan edir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Cinayətdə şübhəli bilinən70 nəfər saxlanıldı