Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan iki günlük işgüzar səfərlə Fransaya gediblər.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Səfər çərçivəsində bu gün o, Fransa Prezidenti Emmanuel Makronla görüşəcək”, - məlumatda bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, səfər zamanı Paşinyan Fransa Senatının sədri Jerar Larşe, baş nazir Qabriel Attal və Paris meri Ann Hidalqo ilə də görüşəcək.
Oxu24.com
ŞƏRHLƏR