Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103137
az

Bakıda həbs edilən tələbə kimdir?

21:1520 Fevral, 2024
661
REDAKTORUN SEÇİMİ
  • A
Fevralın 15-də Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi, 1995-ci il təvəllüdlü Nurlan S. həbs edilib. Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi Nurlanı Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib. 29 yaşlı tələbə iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin gün məhkəmə zalında həbs edilib. Həmçinin məlum olub ki, həbs edilən tələbə “GESKO” şirkətində növbə rəisi vəzifəsində işləyirmiş. Dələduzluq hadisəsinə gəlincə, tələbənin Mirqalib adlı qazini aldadaraq 22 min manat pul alması barədə şikayətdən sonra cinayət məsuliyyətinə cəlb edilməsi məlum olub. Belə ki, Nurlan həmin şəxsi aldadaraq ona müharibədə iştirakına görə torpaq sahəsi ayırtdıracağını və ev alacağını deyib. Bu adla o, həmin şəxsdən 22 min manata yaxın pul alıb və bütün pulları “Topaz”da mərc oyunlarına qoyaraq uduzub. Bundan sonra Mirqalib Q. polisə şikayət edib. Nurlanın ailəsi zərərçəkmişə cəmi 5 min manat qaytara bilib. Miri Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbə qız öldü
Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...
Çimnazın atası görün nələri danışdı - VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+