Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103125
az

Türkiyə kəşfiyyatı Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var

14:3020 Fevral, 2024
295
  • A
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib. MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib. Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Reuters: Qəzadan sonra Vaşinqton hava limanı yaxınlığında helikopter uçuşları məhdudlaşdırılıb
Nazir Fidan Lavrovla görüşüb
Beslan nümayəndə heyəti San Marino rəhbərliyi ilə görüşüb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi