Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103118
az

Bakı-Sumqayıt yolundan istifadə edən şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR

09:2620 Fevral, 2024
344
CƏMİYYƏT
  • A
Nəqliyyat eksperti Aslan Əsədov mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativ "Yeni yol" layihəsini təklif edib. Layihənin əsas məqsədi şəhər yollarında tıxac məsələsinin həllinə dəstək olmaqdır. Müəllifi bildirib ki, Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqədi və Abşeron rayonu ərazilərini əhatə edir: "1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır. İlkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb". A.Əsədov qeyd edib ki, təklif etdiyi "Yeni yol" layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq: "Yeni yol çəkilərsə, ərazidə Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşurut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yolda məhdudiyyət aradan qaldırıldı
Azərbaycanda yeni radiolar açılır
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi