Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10311
az

Qaraciyər çatışmazlığına səbəb olan AMİLLƏR

19:3825 Fevral, 2019
1002
CƏMİYYƏT
  • A
Qaraciyər çatışmazlığının bir çox səbəbi var. Qaraciyərdə xəstəlik irəlilədikcə halsızlıq, anoreksiya, sarılıq, gücsüzlük, həddən artıq çəki itkisi, ayaqlarda və qarında ödəm yarana bilər.
Publika.az oxucuları qaraciyər problemlərinə yol açan əsas amillərlə tanış edib.
Viruslar
Gün ərzində qaraciyər çatışmazlığına səbəb olan bir çox məhsula məruz qalırıq. Qaraciyər sağlamlığına ən çox zərər verənlər herpes və hepatit A, B virusudur.
Dərman istifadəsi
Lazımsız ağrıkəsici və antibiotik istifadəsi qaraciyərə zərər verən ən mühüm amillər arasında yer alır.
Hərəkətsiz həyat
Hərəkətsiz həyat tərzi qaraciyər yağlanması ən mühüm səbəblərindəndir. Açıq havada tez-tez yürüşə çıxmaq bir çox problemlərə müalicəvi təsir göstərir, o cümlədən qaraciyər yağlanmasının qaşırısını alır.
Siqaret istifadəsi
Siqaret istifadəsi qaraciyərə zərər verən ən əsas amildir. Siqaret bədəndəki bütün orqanları tədricən disfunksional hala gətirir.
Göbələk
Göbələyi sevə-sevə yeyirik, ancaq bəzi göbələklərdə az miqdarda da olsa toksin qalır. Odur ki, hansı ərzaqların sizə pis təsir etdiyinə diqqət edin.
Əgər göbələk çox yeməyə başlasanız, ya da daha öncədən də bəhs edilən viruslardan birinin daşıyıcısı olsanız, qaraciyər çatışmazlığı ehtimalı artır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yeni radiolar açılır
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı
Pişik iti "əsir" götürdü - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi