Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103097
az

Maaş və pensiyalar bu tarixdən yenə artacaq - ŞAD XƏBƏR

22:5419 Fevral, 2024
548
İQTİSADİYYAT
  • A

Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi?

OXU24.COM  xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir.
Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil:

"Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun".

İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq:

"Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO
Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? - AÇIQLAMA
Gələn il ehtiyac meyarı artırılır -Kimlərə sosial yardım veriləcək?

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib