Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103069
az

Qeyri-rəsmi nikahda yaşadığı qadını övladlarının gözü qarşısında öldürən şəxsə AĞIR CƏZA

16:2719 Fevral, 2024
156
CƏMİYYƏT
  • A

Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədova hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, ittiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib.

Belə ki, təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanovda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməklə xüsusi amansızlıqla ümumilikdə, 25 bıçaq zərbəsi vurub.

T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev