Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103067
az

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ – ŞAD XƏBƏR 

15:2019 Fevral, 2024
637
ÖZƏL BÖLÜM
  • A

Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi?


Oxu24.com   xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir.


Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil:

 

“Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun”.

 
İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq:

“Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər”.   

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvana uçanların "SİMA" dərdi — Yenilik problem yaradıb? +AÇIQLAMA
İsrail bu ölkəyə zərbə endirəcək - ABŞ-dən sensassion məlumat
Əsəddən sonra Suriyanın xarici siyasətini böyük ölçüdə Türkiyə formalaşdırır - POLİTOLOQ

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Bakıda faciə: Hamilə qadın əri ilə öldü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Çayı səhv dəmləyəndə bu ağır xəstəliyə düçar ola bilərik
Oğurluğa görə tutuldular