Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10305
az

Sosial müavinətlər artırıldı - 577 min nəfəri əhatə edəcək

17:5425 Fevral, 2019
587
CƏMİYYƏT
  • A
"Ölkə başçısının sosial müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncam ciddi artımları özündə ehtiva edir və inqilabi artımlar hesab edilə bilər".

Oxu24.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla sosial müavinətlərin artırılması ilə əlaqədar keçirilən mətbuat konfransıda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu artım 577 min vətəndaşı əhatə edəcək:

“Bundan əvvəl pensiyalar, minimum əmək haqqının artırılması ilə bağlı sərəncamlar imzalanıb. Ümumilikdə fevral ayında imzalanan sərəncamlarla 1 milyon 500 minədək vətəndaşın sosial təmninatı gücləndirilmiş oldu. Zaman-zaman müavinətlərin artırılması gündəmə gəlirdi. Biz də hər dəfə bu istiqamətdə iş aparıldığını deyirdik. Bu işin ilk mərhələsi yekunlaşdı. Sərəncama əsasən, 15 gün ərzində qanunvericilik aktları hazırlanacaq aprelin 1-dən etibarən yeni sosial müavinətlər qüvvəyə minəcək. Ümumilikdə bu artım əlavə 400 milyon vəsait deməkdir. Bu il sərəncam aprel ayından qüvvəyə mindiyindən 300 min manat sərf ediləcək. Bu paketin cari dəyəri 392 milyon manat idi. Bu da sosial müavinətlərə ayrılan vəsaitin iki dəfə artması deməkdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yeni radiolar açılır
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı
Pişik iti "əsir" götürdü - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi