OMİD Mağazalar şəbəkəsi
Bölgə müdiri (Rayonlar üzrə)
Son tarix 16 mar 2024 - [email protected]
İş barədə məlumat:
Potensial müştəriləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
Satış təmsilçilərini idarə etmə bacarığı;
Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;
Müştəriləri cəlb etmək üçün kommersiya təklifləri hazırlamaq;
Qiymət siyasətinin formalaşdırılması, satış təhlili və sənədlərin idarə edilməsini həyata keçirmək;
Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
Müştəri debitor borclarının idarə edilməsi.
Namizədə tələblər:
Müraciət edən namizədlərin şəxsi avtomobili mütləq olmalıdır;
Yaş həddi: 25-40 arası;
Bu sahədə minimum 5 il təcrübə;
Komandada işləmək bacarığı;
Ünsiyyətcil və inandırma bacarığı;
Öz üzərində işləyən, inkişafa meyilli;
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
Satış analizini aparmaq bacarığı;
Vaxtın səmərəli idarə olunması bacarığı.
Əmək Şəraiti:
Əmək haqqı 2500 AZN+bonuslar
İş rejimi: Həftənin 6 günü;
İş saatı: 09:00-dan 18:00-dək
Yalnız regionlarda yaşayan namizədlər mövzu yerində yaşadığı ərazini və “Bölgə müdiri” qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Oxu24.com
ŞƏRHLƏR