Türkiyədə baş vermiş dəhşətli ailə cinayətinin detalları məlum olub.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çanaqqalanın Biga rayonunda boşanma ərəfəsində arvadını kəndirlə boğaraq öldürən, daha sonra cəsədini rayon ərazisindəki tarlada basdıran şəxs yaxalanıb.
Qətli törətdiyini etiraf edən şübhəli arvadının cansız cəsədini basdırdığı ərazini göstərib.
Polis qrupları qazıntı sahəsində gənc qadının cəsədini tapıb.
Çanaqqalanın Biga məhəlləsində boşanma prosesində olan həyat yoldaşı Saliha Gizemi kəndirlə boğaraq, sonra torpağa basdırdığı iddia edilən Fırat Yıldızhan həbs edilib.
Hazırda cinayətin detalları araşdırılır.
Miri
Oxu24.com
ŞƏRHLƏR