"Yeşilçam"ın aktrisalarından olan Sevda Ferdağ vəfat edib.
Oxu24.com axşam.az-a istinadən bildirir ki, aktrisa bu gün səhər saatlarında Cihangirdəki evində 81 yaşında dünyasını dəyişib.
Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, Ferdağ 1958-ci ildə rol aldığı "O günden sonra" filminin uğursuz olması səbəbindən Almaniyaya köçüb. 1963-ci ildə ölkəsinə dönən aktrisa "Azrailin habercisi" filmi ilə izləyicilərin qarşısına çıxıb. Bu filmi ilə uğuru əldə edən Ferdağ 2009-cu ilə qədər 150-yə yaxın ekran işində rol alıb.
O, "Kapıcılar kralı, "İntikam meleği", "Ağır roman", "Bedel", "Tokat", "Yaprak dökümü" kimi bir çox ekran işi üçün kamera qarşısına keçib. Aktrisanın sonuncu layihəsi "Ömre bedel" olub.
Əhmədin bacısının əri görün kim imiş - VİDEO
Oxu24.com
ŞƏRHLƏR