Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102941
az

Dronlar Rusiyanın 5 bölgəsinə hücum edib

17:4017 Fevral, 2024
120
  • A

Rusiya Müdafiə Nazirliyi fevralın 17-nə keçən gecə Ukraynaya məxsus 33 pilotsuz təyyarənin tutularaq məhv edildiyini bildirib.

 

Dörd PUA Belqorod və Voronej vilayətləri ərazisi üzərində, biri Kursk vilayəti üzərində, altısı Kaluqa vilayəti üzərində, 18 pilotsuz uçuş aparatı Bryansk vilayəti üzərində vurulub.

 

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Telegram-da bildirib ki, pilotsuz uçan aparatın qalıqları Voronejdəki Türkmənski proezdində fərdi yaşayış evinin damını zədələyib. Onun sözlərinə görə, xəsarət alan olmayıb. O, səlahiyyətlilərin təmirə köməklik edəcəyinə söz verib.

 

Belqorod vilayətində fevralın 17-nə keçən gecə həyəcan təbili çalınsa da, səhər saatlarında ləğv edilib. Regionun qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiə sisteminin işlədiyini, lakin itki və dağıntı olmadığını bildirib.

Bryansk və Kaluqa vilayətlərinin səlahiyyətliləri də vurulan PUA-lar barədə məlumat veriblər. Onlar həmçinin bildiriblər ki, xəsarət alan və yerə dağıntı yoxdur.


Bundan əlavə, bildirilir ki, səhər saatlarında Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi və ikinci Atom Elektrik Stansiyasının tikildiyi Kurçatov şəhərində pilotsuz uçan aparat vurulub.

“Hər hansı tələfat və dağıntı olmayıb. Müdafiəçilərimizə təşəkkür edirəm!” - bölgənin qubernatoru Roman Starovoyt yazdı.

RBC müxbiri xəbər verir ki, Moskva vaxtı ilə saat 8:30 radələrində şəhərdə bir neçə partlayış səsi eşidilib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"O, ölkəsini ölümə məhkum edib" - Kim Çen Inın bacısı
Makronun koalisiyası parlament seçkilərində UDUZUR
Fransanın Baş naziri İSTEFA VERƏCƏK

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı