Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102932
az

Bu peykdə okean aşkarlandı

14:1917 Fevral, 2024
123
DÜNYA
  • A

Alimlər Saturnun peyki Mimasın buz qabığının altında yeni formalaşmış okeanın olması qənaətinə gəliblər. 

Bu barədə OXU24.COM  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd edilib ki, 2004-2017-ci illərdə Saturn və onun peyklərini tədqiq edən NASA-nın Kassini kosmik gəmisinin materiallarının təhlili ilə məşğul olan Paris Rəsədxanasının alimləri Mimasın orbitində yırğalanmaların gözləniləndən iki dəfə güclü olduğunu aşkar ediblər.

Tədqiqat qrupu peykin buz qabığının altında okean olması və ya nüvəsinin reqbi topu şəklində uzunsov olması ehtimallarını irəli sürüblər. 

Son araşdırmalar göstərib ki, peykin fırlanması zamanla dəyişib. Kassinidən alınan materialları Mimasın daxili quruluşunun və orbitinin modelləri ilə birləşdirən qrup bu nəticəyə gəlib ki, həqiqətən də Mimasın səthinin 20-30 km dərinliyində okean var və bu onun həcminin yarıdan çoxunu təşkil edir.
 

Okeanın yaşı 25 milyon ildən çox deyil. Ola bilsin ki, cəmi 2 milyon il əvvəl formalaşıb. Çünki peykin qabığında okeanın varlığının izləri hələki görünmür. Günəş sisteminin digər peykləri Enselad və Avropada olduğu kimi su səthə çıxaraq kraterləri doldurmayıb.

Okeanın varlığı Mimasın buzları suya çevirən güclü istilik mənbəyinə dəlalət edir. Hesab olunur ki, okeanın nüvəyə yaxın aşağı təbəqələri isti olsa da, üst təbəqələri donma temperaturuna yaxındır. Müəlliflər bildirirlər ki, hazırda peykin hərəkətində yırğalanmalar müşahidə olunmur və bu okeanın donmasına səbəb ola bilər: "Əgər okean donarsa, o zaman biz onu səthində qabığı yararaq üzə çıxmış hissələri görəcəyik".

Qeyd edək ki, tədqiqat işinin nəticələri "Nature" jurnalında çap olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA