Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102899
az

Co Bayden Navalnının ölümü ilə bağlı müraciət edib

22:4016 Fevral, 2024
99
DÜNYA
  • A

ABŞ prezidenti Co Bayden rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı müraciət edib.


“Navalnı korrupsiyaya və diktaturaya cəsarətlə müqavimət göstərdi. Həbsxanada da haqqın səsi, azadlığın səsi olaraq qaldı. Onu zəhərləmək cəhdindən sonra o, öldürmək təhlükəsi ilə Rusiyaya qayıtdı - inanılmaz cəsarət nümayiş etdirdi. Putin Navalnının qətlinə görə məsuliyyət daşıyır, bu, Putinin qəddarlığının daha bir sübutudur, o, təkcə digər ölkələrin vətəndaşlarını deyil, öz vətəndaşlarını da öldürməyə hazırdır.

Navalnı Rusiyada azadlığa, qanunun aliliyinə inanırdı. O, Putinin hərbi cinayətlərinə, onun dəhşətli müharibəsinə etiraz edib. Tarix bizi, Nümayəndələr Palatasını izləyir: əgər biz Ukraynanı dəstəkləməsək, tarix bizi qınayacaq. Biz əvvəlki prezidentin arxasınca getməməliyik və Rusiyanın istədiyini etməyə imkan verməməliyik.

Putin və bütün dünya bilməlidir ki, o, NATO üzvünə hücum edərsə, biz alyansın hər qarış torpağını müdafiə edəcəyik.

Navalnının həyat yoldaşına və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Biz Navalnı və onun cəsarətini unutmayacağıq”, – Amerika lideri müraciətində bildirib.

Bayden vurğulayıb ki, Amerika hakimiyyəti Rusiyaya qarşı yeni tədbirlər görə bilər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı