İsrail prezidenti İsaak Hersoq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə gizli görüş keçirib.
Oxu24.com xəbər verir ki, Bu barədə məlumatlı mənbələrə istinadən Axios xəbər portalı məlumat yayıb.
Materialda deyilir ki, görüşün məqsədi Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülmüş girovların azad edilməsi üçün danışıqları müzakirə etmək olub.
Məsələ ilə bağlı məlumatı olan mənbələr təsdiq edir ki, İsrail prezidenti konfransda bəzi azad edilmiş girovlar və onların ailələri ilə iştirak edib, bu, danışıqların əhəmiyyətini vurğulamaq və onlara daha geniş kontekst vermək məqsədi daşıyır.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi “Ümid odur ki, HƏMAS daha konstruktiv danışıqlara hazır olacaq”.
Resursun məlumatına görə, bu görüş Qəzza zolağında girovlarla bağlı çətin vəziyyətin həlli üçün növbəti addım olub. Çətinliklərə baxmayaraq, tərəflər kompromis və münaqişənin sülh yolu ilə həlli axtarışında danışıqları davam etdirir.
Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu demişdi ki, Qəzza zolağından girovların azad edilməsinin açarı güclü hərbi təzyiq və çox sərt danışıqların birləşməsindədir.
Bundan əvvəl Qəzzada HƏMAS girovları arasında bir neçə rusiyalının qaldığı bildirilirdi.
Miri
Oxu24.com
ŞƏRHLƏR