"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
OXU24.COM AZAL-a istinadən xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.
Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.
Oxu24.com
ŞƏRHLƏR