Üç gün əvvəl ikisi uşaq olmaqla 5 nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov haqda daha bir maraqlı məqam ortaya çıxıb.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı Əhməd orta məktəbi bitirdikdən sonra Rusiyada ali təhsil alıb. Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb.
Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs edilən Əhməd təhsil möhləti olduğu üçün 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçib.
Xatırladaq ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya "Şizofrenəbənzər pozuntu" diaqnozu təyin edilib.
Nəticədə Əhmədov Əhməd Mehman oğlu həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.
Həmçinin oxu: Qarla bağlı AÇIQLAMA
Oxu24.com
ŞƏRHLƏR