Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102858
az

Əziz Məmmədov vəfat etdi

23:3515 Fevral, 2024
941
REDAKTORUN SEÇİMİ
  • A
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib. Bu barədə "Oxu24.com-"a BDU-dan bildirilib. Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika fakültəsində davam etdirib. 1967-ci ildə "Müasir fizikada məkan-zaman problemi" mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi, 1994-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Əziz Məmmədov 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub. Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. 43 irihəcmli monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi idi. O, elmlər namizədi və elmlər doktorluğu üzrə yazılmış 18 dissertasiyanın elmi rəhbəri olub. Allah rəhmət eləsin! Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi