Türkiyədə metal sahəsində fəaliyyət göstərən tökmə zavodunun əritmə qazanında naməlum səbəbdən partlayış baş verib.
Oxu24.com xəbər verir ki, partlayışda tökmə sexində çalışan işçilər K.Y., A.M. və xarici ölkə vətəndaşı M.A. yaralanıb.
Bədənlərinin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan yaralılar ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.
Ağır yaralanan M.A.-nın səhhətinin ağır olduğu öyrənilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR