Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürməsi ölkədə şok effekti yaradıb.
Oxu24.com xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı daha bir iddia səsləndirilib.
Məlumata görə,Əhməd Əhmədov hələ məktəbli olarkən 17 yaşında Ramin Cəfərov adlı şəxsi arxadan beşbarmaqla kürəyindən vurub və ona 18 yerdən bıçaq zərbəsi endiribmiş.Hadisə 10 il bundan əvvəl olub.O zaman Əhmədin 17 yaşı olsa da,sənədlərdə 15 yaş yazdırıblarmış.
Hadisənin detallarını Space tV-də yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl,Danış" verilişində Ramin Cəfərovun anası özü bildirib.
Qadının sözlərinə görə,Əhməd Əhmədov onun oğlunun qızıl medalları çox olduğu üçün ona paxıllığı tutumuş.Hadisə də xarici yarışa getməyə bir gün qalmış baş veribmiş.
Hadisə baş verdikdən sonra qarşı tərəf əlaqələrindən istifadə edərək cinayət işinin qarşısının alınmasına nail olub.
Daa ətraflı video məlumatı təqdim edirik:
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR