Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102783
az

TƏCİLİ!  Rusiyanın hərbi desant gəmisini vuruldu

12:4514 Fevral, 2024
395
SON DƏQİQƏ
  • A
Ukrayna Silahlı Qüvvələri və Baş Kəşfiyyat İdarəsi Qara dənizdə Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisini vurub. “Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, hadisə fevralın 14-də səhər saatlarında olub. Rusiya Müdafiə Nazirliyi isə Belqorodda iki, Voronejdə bir, Qara dənizdə isə Ukraynanın altı PUA-sını məhv etdiklərinə dair məlumat yayıb. Qeyd olunub ki, Krımda partlayışlar Alupka yaxınlığında altı saatdan sonra başlayıb. Yerli sakinlər iddia ediblər ki, gəmidə həyəcan siqnalı verilib, bundan sonra partlayış başlayıb, ərazidən qatı tüstü yayılıb. Dənizdə tüstülənmə ilə bağlı müvafiq görüntülər internetdə yayılıb. “Sezar Kunikov” gəmisi 1986-cı il sentyabrın 30-da istismara buraxılıb, Polşanın Qdansk şəhərində tikilib. Gəminin uzunluğu 112,5 m, eni 15 m. 2 dizel mühərriki, 2X 10500 at gücündə, heyət üzvlərinin sayı 87 nəfərdir. Gəmi Novoozernoye şəhərində yerləşən Dəniz Desant Qüvvələrinin 39-cu diviziyasının 197-ci desant gəmiləri briqadasına daxil edilib. Bəzi mənbələrə görə, 1989-cu il mayın 10-da, digərlərinə əsasən, 1991-ci ildə Sovet İttifaqı Qəhrəmanı Sezar Lvoviç Kunikovun şərəfinə adlanıb. O, 1943-cü il fevralın 14-də ikinci dünya müharibəsində həlak olub. “Sezar Kunikov” 2008-ci ilin avqustun 10-da gəmi Gürcüstanda gedən müharibə zamanı Qara dəniz donanmasının döyüşlərində iştirak edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rüfət Səfərov saxlanıldı
Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? - Açıqlama
Sumqayıtdakı partlayışdan- Görüntülər

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
İki nəfər öldü