Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102753
az

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib

22:4113 Fevral, 2024
151
DÜNYA
  • A

Livanın cənubundakı hücumlarla bağlı İsrail ordusundan açıqlama verilib.

Oxu24.com  xəbər  verir  ki, açıqlamaya görə, İsrail təyyarələri son vaxtlar Livanın cənubunda hərbi birləşmələr və Hizbullah üzvlərinin yerləşdiyi müşahidə məntəqələri də daxil olmaqla 7 fərqli bölgəyə hücum edib.

Həmçinin qeyd olunub ki, gün ərzində Livanın cənubunda bir çox nöqtələrə artilleriya zərbələri endirilib.

İsrail ordusunun hücumları Hizbullahın gün ərzində Kiryat Şmona şəhərini raketlərlə vurması və 2 israillinin yaralanması ilə İsrailin şimalına hücumundan sonra baş verib.

Hizbullah Kiryat Şmona şəhərindəki polis bölməsi və Hunin qalası bölgəsində İsrail əsgərlərinin toplanma məntəqəsinin “uyğun silahlarla” hədəf alındığını və atışların uğurlu olduğunu açıqlayıb.

Hizbullahla İsrail ordusu arasında toqquşma

8 oktyabr 2023-cü ildən Livan-İsrail sərhədində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında qarşılıqlı toqquşmalar gedir.

Bildirilir ki, qarşıdurmalar səbəbindən Livanda 86 min, İsraildə isə 100 minə yaxın mülki vətəndaş evlərini tərk edərək didərgin düşüb.

Vasitəçi qismində çıxış edən ABŞ və Fransadan olan nümayəndə heyətləri Hizbullah ilə İsrail ordusu arasında qarşıdurmalara son qoymaq və quru sərhədini çəkmək üçün müxtəlif fasilələrlə Təl-Əviv və Beyruta səfər ediblər.

İsrailin sərhəddəki işğalları

1967-ci ildə Suriya ilə müharibə zamanı İsrail ordusu Qolan təpələrini, daha sonra Kefr Şuba təpələrini, Şebaa fermalarını və Livanın özünə məxsus olduğunu vurğuladığı Qacar ​​kəndinin bir hissəsini işğal edib.

Livan Xarici İşlər Nazirliyi 4 iyul 2023-cü il tarixli bəyanatında İsrailin Qacar ​​kəndinin şimalına girişi qadağan etdiyini və Təl-Əvivin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1 saylı qətnaməsini açıq şəkildə pozaraq işğal zonasını genişləndirmək istədiyi barədə xəbərdarlıq etdiyini açıqlayıb. 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB
Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR
733 min məktəbli ABŞ-dan deportasiya oluna bilər

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı