Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102737
az

Abşeronda itən məktəbli qızlar Kürdəmirdə tapıldı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

14:5013 Fevral, 2024
216
CƏMİYYƏT
  • A

12:07

Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.

OXU24.COM  xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.

---------

10:35

Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, məktəbli qızlar Kürdəmirdə nənəsigilin evində tapılıblar.

-------

06:10

Abşeronda 2 məktəbli qız itkin düşüb.

OXU24.COM  report-a istinadən xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri - Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq