Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102732
az

Anasını 192 zərbə ilə öldürən yeniyetməyə bu qədər cəza verildi

13:5013 Fevral, 2024
150
CƏMİYYƏT
  • A

Anasını qətlə yetirməkdə təqsirləndirilən Z.M.-un cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

OXU24.COM  bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib.

Daha sonra hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Z.M. 10 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Z.M.-un 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin fevral ayında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Z.M. anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Z.M. anası Solmaz Mansurovanı 192 bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

Z.M. hadisəni törədən zaman məktəbli olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
Dərs və iş saatları ilə bağlı mühüm xəbər -DƏYİŞDİRİLİR?

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi