Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102729
az

Tiktoker Adəmin atası ilə bağlı tədbir görüldü, həmkəndlisi isə... - DİN-dən AÇIQLAMA

13:1213 Fevral, 2024
372
CƏMİYYƏT
  • A

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.

 

Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
 

O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır: “Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.


 

Qeyd edək ki, 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Xatırladaq ki, daha əvvəl Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

89 yaşlı kişi və arvadı dəm     qazından       öldü
Bu ərazilərdə        duman      var
Bu ərazidə     işıq     olmayacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Ailəsi ilə istirahətə getmişdi, faciəvi     şəkildə     öldü