Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102722
az

Tanınmış bioenergetik: \"Əllərimin içi sanki od tutub yanır\"

09:1313 Fevral, 2024
348
  • A

müxbirinin suallarını tanınmış bioenergetik Lətifə Şadlinskaya cavablandırır:

- Lətifə xanım, bir azdan sizə maraqlı sualları verəcəm, amma ilk öncə özünüz haqda məlumat verərdiniz.

- Adım sənəd üzərində Lətifə Şadlinski, amma İnci olaraq adlandırırlar. Ali təhsilliyəm, Bakı Dövlət Universitetinin Kimya-Biologiya fakultəsini bitirmişəm.

- Lətifə xanım, bioenerjinin nə olduğu haqqında bir giriş verə bilərikmi? Bioenerji terapiyası nədir?
 
- İnsan bədənində 8 enerji sistemi var. Onlardan biri aura sistemidir. Çox qatlı, çox təbəqəli enerji sistemidir. İnsan bədənində 306 akpunktur nöqtə var ki, bunların sayəsində insanların bəzi toxumalarını, yəni nöqtə orqanlarını o üzrə tapmaq olur. İnsanın əlinin içində və ayağının altında həmin o orqanların nötqələri yerləşir. Mənim əlimdə Bio top var. Bunun sahəsində insanlara yardım edirəm. 

- Bioenerji terapiyası Azərbaycandan başqa hansı ölkələrdə istifadə olunur?

- Azərbaycanda bu 25 faiz təşkil edir. Əslində bu variantların yaranma mənbəyi Tibetdir. Tibetlə yanaşı dünyanın bir çox ölkələrində tətbiq olunur.

- Soruşsam, bioenerjinin uğur qazandığı əsas xəstəliklər hansılardır

- Bədəndə ağrıları olan, psixoloji sarsıntı keçirənlər və.s. Bəzən elə insanlar olur ki, deyir başım ağrayır. Mən onu bioenerji ilə müalicə edirəm. Həmin vaxt əllərimin içi sanki od tutub yanır. Çünki mən ona enerji sərf edirəm.

- Biz bilirik ki, bioenerji müalicəsi yalnız bir xəstəlik üçün istifadə olunur. Bu məlumat doğrudurmu?

- Psixoloji durumda olan insanlara istifadə olunur. Mən belə xəstələri ikili həyata sala bilirəm. Mən nə etsəm də, bioenerji üsulunu pis xislətli, qəlbində xainlik, paxıllıq edən və neqativ olan insanlara ötürə bilmirəm. Belə insanlara bioenerji təsir etmir. Bu insan qəbul etmirsə ona necə təsir edə bilərsən?

- Bioenerji terapiyası neçə seans aparılmalıdır?

- Bioenerji terapiyası neçə seansda aparılır dedikdə, o, müraciət edən şəxsə görə dəyişir. İnsan var ki, hər şeydən küsür, inanmır. İnsan da var ki, hər şeyə inanır. 3-5 seansa insan özünü tapır. Elə pasient olub ki, həmin vaxtı təsir edirsən, deyir "istilik gəldi, yaxşı təsir etdi". Belə adamlara 3 seans yetərlidir.

Son olaraq nə deyə bilərdiniz?

Çalışın kiminsə paxıllığını çəkməyin, kiminsə xoş gününə ürəyiniz ağramasın. Nə var pislik etməyə, çalışın yaxşılıq edin.

Oxu24.com

ŞƏRHLƏR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Gömrük generalı Vasif Talıbova hər il 30 milyon dollar    rüşvət     verirmiş