Daha əvvəl Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson ABŞ lideri Co Baydenin bacarıqsız olduğunu bildirib. K
Oxu24.com xəbər verir ki, bunu Karlson bunu bazar ertəsi, fevralın 12-də Dubayda Ümumdünya Ərzaq Forumunda çıxışı zamanı deyib.
"Mən amerikalı vətənpərvərəm və prezidentin ağlını itirdiyini görmək məni kədərləndirir. Mənim ölkəmdə belə bir şey söyləmək kobud sayılır. Təəccüblüdür ki, prezidentimiz bacarıqsızdır. <...>.Bu barədə heç kim açıq danışa bilmir və bu, siyasi müşahidə deyil, faktın ifadəsidir”.
Karlson əlavə edib ki, o, səkkiz gün Moskvada olub və bu müddət ərzində başa düşüb ki, Rusiya təkcə dünyanın ən böyük ölkəsi deyil, həm də dil, mədəni və dini baxımdan son dərəcə müxtəlifdir.
Onun sözlərinə görə, belə bir ölkəyə 24 il rəhbərlik etmək son dərəcə çətindir, lakin Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin buna qadirdir.
Həmin gün səhər saatlarında Karlson Rusiya paytaxtına səfər təəssüratlarını bölüşdü. Onun sözlərinə görə, Moskva Amerikanın istənilən şəhərindən daha xoşdur.
Miri
Oxu24.com
ŞƏRHLƏR