22 yaşlı fələstinli gənc Yarah Əl-Havamdeh məktəbi üçün keçirdiyi yardım kampaniyasına diqqət çəkmək məqsədilə Everest zirvəsinə çıxıb.
“Oxu24.com” xarici KİV-ə istinadən xəbər verir ki, İordaniyada qaçqın sığınacağında yaşayan Əl-Havamdeh Everestin zirvəsinə 11 günə qalxıb.
Əlində “Məktəbim bağlanmasın deyə buradayam” plakatını tutan gənc fələstinli bunları bildirib:
“Mesajımı çatdırmaq üçün dünyanın ən alçaq yerindən ən yüksək yerinə gəldim. 10 ildir oxuduğum məktəbə dəstək vermək, dünyada heç bir şeyin mümkünsüz olmadığını sübut etmək üçün buradayam”.
Qeyd edək ki, Əl-Havamdehin oxuduğu BMT Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) aid məktəb İsrail tərəfindən bağlanma təhlükəsi ilə üz-üzədir. Oxu24.com
ŞƏRHLƏR