Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102693
az

Ukrayna sərhəddə taxılla bağlı insidentdən sonra Polşadan iş açmağı tələb edib

15:3312 Fevral, 2024
125
DÜNYA
  • A

Ukraynanın Varşavadakı səfirliyi və Lyublindəki Baş Konsulluğu sərhəddə polşalı fermerlərin Ukrayna yük maşınlarından taxıl tökdüyü insidentdən sonra Polşa polisi ilə əlaqə saxlayıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Ukrayna səfiri Vasili Zvariç Facebook-da məlumat verib  o, günahkarların tapılaraq cəzalandırılmasını tələb edib.

 

Zvariçin sözlərinə görə, müvafiq müraciətdən sonra Polşa polisi cinayət işi açıb və lazımi prosedurlara başlayıb.

 

Diplomat vurğulayıb ki, Polşa hakimiyyəti bu “ukraynalılar və polyakların əksəriyyəti üçün utanc verici və təhqiramiz cinayətə” hüquqi sahədə qəti reaksiya verməli və gələcəkdə bu cür “barbar hərəkətlərə” yol verməməlidir.

 

Fevralın 9-da fermerlər bütün Polşada etiraz aksiyaları keçirərək, Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayıb, bu ölkədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırmağı tələb ediblər.

 

Sonradan bildirilib ki, polşalı fermerlər Ukrayna taxıl daşıyan maşınlara hücum edərək onları aşmağa çalışıblar.

 

Bundan əvvəl Dövlət Duması Polşa-Ukrayna münasibətlərini şərh edərkən “Taras Bulba”nı xatırlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü