Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı açıqlama

REDAKTORUN SEÇİMİ

245

11.02.2024, 12:51

Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.