Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Oxu24.com xəbər verir ki, Keniya Prezidenti bununla bağlı X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürək dolusu təbriklərimi çatdırıram. Sizin inamlı qələbəniz uzun illər ərzində Azərbaycan xalqının məharətinizə və liderliyinizə inamını bir daha təsdiqlədi. 2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm. Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.
Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə əmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik.
Zati-aliləri, mənim və Keniya xalqının ən yüksək ehtiramını qəbul edin".
Oxu24.com
ŞƏRHLƏR