Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102625
az

Afinada Fələstinə dəstək aksiyası iğtişaşlara səbəb olub

21:5110 Fevral, 2024
189
DÜNYA
  • A

Afinanın mərkəzində Fələstinə dəstək məqsədilə keçirilən kiçik mitinq etirazçılarla polis arasında toqquşmaya çevrilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Newsbreak” portalı məlumat yayıb.

 

Yunanıstan Kommunist İnternasionalistləri Təşkilatı kimi həmkarlar ittifaqlarının və solçu partiyaların nümayəndələri anklav əhalisinin müdafiəsi üçün mitinqdə toplaşıblar.

 

Etirazçılar “İsrail işğala son qoyana qədər ona qarşı sanksiyalar tətbiq edin və blokadaya salın” yazılmış pankart asıb və daha sonra McDonald's restoranının şüşə qapılarını sındırmağa başlayıb.

 

“Bir neçə nəfər restorana daxil olub, onların ardınca polis əməkdaşları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər”, - məlumatda deyilir.

 

Nəticədə polis iki nəfəri saxlayıb. İtkilər barədə məlumat verilmir.

 

Fevralın əvvəlində Yunan fermerlər etiraz əlaməti olaraq Salonikidə yolları bağlayıb, daha ucuz yanacaq və hakimiyyətdən pis hava şəraiti səbəbindən zeytun ağaclarının itirilməsinə görə təzminat tələb ediblər.

 

Bundan əvvəl Afinada Rusiya ilə münasibətlərin bərpası ilə bağlı şüarlar altında mitinq keçirilib.

 

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib
"Zelenski psixiatra müraciət etməlidir"
Çində yenə   zəlzələ    oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi