Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10256
az

Oqtay Şirəliyev istefaya göndərildi: Yeni səhiyyə naziri kim olacaq?

21:4523 Fevral, 2019
1910
TİBB
  • A
 Son illər müşahidə edilən yüksək səviyyəli kadr islahatları bundan sonra da davam edəcək”.

Oxu24.com xəbər verir ki,b u sözləri 7news.az saytına  məlumatlı mənbə bildirib. Onun sözlərinə görə nəzərdə tutulan kadr dəyişiklikləri nazir və nazir müavinləri miqyasında həyata keçiriləcək. İlk növbədə isə işinin günün tələbləri səviyyəsində qura bilməyən və rəhbərlik etdikləri sahələr üzrə ölkə rəhbərliyinə daha çox şikayət daxil olan qurum rəhbərləri vəzifələri ilə vidalaşmalı olacaqlar.

{banner_reklam}
Bu sırada isə şübhəsiz ki, ilk ağla gələn isim səhiyyə naziri Oqtay Şirəliyevdir. Xatırladaq ki, bu gün əhalinin daha çox narazı qalaraq, dilə gətirdiyi problemlərdən başlıcası səhiyyə sisteminin acınacaqlı durumda olmasıdır. Yaranmış vəziyyət rəsmi dairələri də qane etmir. Elə bu və digər bir neçə səbəbdən hazırkı Səhiyyə naziri Oktay Şirəliyevin yola salınması ilə bağlı qərarın verilə biləcəyi inandırıcı görünür.

Əvvəla, bu dəyişikliyi vacib edən səbəblərdən biri odur ki, xəstəxana və poliklinikalarındakı müayinə və müalicə üsullarına dair köklü şəkildə aparıla biləcək islahatlar əhalinin ölkə səhiyyəsinə itmiş inamını bərpa edə bilər.Bununla qarşıdakı illərdə ölkədən milyonlarla manat vəsaitin hər ay xaricə daşınmasının qarşısı alınar. Sirr deyil ki,ölkə vətəndaşlarının xeyli hissəsi sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstana, daha imkanlı şəxslər isə Avropa ölkələrinə üz tutur. Bu vəziyyət ölkə iqtisadiyyatına ciddi zərbə deməkdir ki,bunun da qarşısı alınmalı, yerli səhiyyəyə etibar yenidən bərpa olunmalıdır.

Digər məsələ ondan ibarətdir ki, artıq Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinə heç bir etimad qalmayıb. Bu baxımdan yalnız bir faktı qeyd etmək olar ki, ağır xəstəliklərinə şəfa tapmaq məqsədilə vətəndaşlar Səhiyyə Nazirliyinə yox, Heydər Əliyev Fonduna müraciət etməyi üstün tutrlar. Sevindirici haldır ki, Heydər Əliyev Fonduna müraciət edən hər bir xəstənin müraciətinə operativ şəkildə baxılır və onun müalicə-müayinəsi üçün gərəkən addımlar atılır. Amma unutmayaq ki, bu birbaşa Səhiyyə Nazirliyinin işidir, sadəcə olaraq ictimai etimadı itirdiyindən adıçəkilən qurumdan hansısa gözlənti qalmayıb. Bu mənzərə "yuxarılar”a da bəllidir və görünən odur ki, ölkə səhiyyəsi ilə bağlı təxirəsalınmaz islahatların başlanmasına qərar verilib.

Səhiyyədə islahatları vacib edən səbəblərdən biri də budur ki, tibbi xidmətin səviyyəsi qalxarsa, bu,müalicə məqsədilə ölkəmizə gələn xarici vətəndaşların axınına da gətirib çıxarar ki,turizmin inkişafına da müsbət təsir edər. Hazırda, respublikamıza müayinə və müalicə üçün gələnlər yox səviyyəsindədir. Bu isə hər il ölkə büdcəsinin xeyli vəsait itirməsi deməkdir. Bütün bu problemləri aradan qaldırmaq üçün Oqtay Şirəliyevin kifayət qədər vaxtı var idi.Amma,görünən o oldu ki,nazir bu işləri bacarmadı.Bu səbəbdən də yeni Səhiyyə nazirinin iş başına gətirilməsinə ciddi ehtiyac var.

Mediaya sızan məlumatlara görə yeni səhiyyə nazirinin kimliyi ilə bağlı üst səviyyələrdə də müzakirələr açılıb. Bu müzakirələrdə adı daha çox halllanan isə millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovdur.

Məlumat üçün bildirək ki, Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. Tibb təhsilini Türkiyənin məşhur 9 Eylül Universitetində almış Rəşad Mahmudov 2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir. Ürək-damar cərrahı kimi bir müddət qardaş ölkədə çalışan R.Mahmudov ölkəmizin peşəkar və nüfuzlu tibb alimmlərindən sayılır.

Hazırkı səhiyyə naziri Oqtay Şirəliyevlə müqayisədə beynəlxalq tibb ictimaiyyətinə adı yaxşı məlum olan Rəşad Mahmudov ölkə səhiyyəsinin problemləri ilə də yaxşı tanışdır. Bu baxımdan Respublika Diaqnostika Mərkəzinin başçısı vəzifəsindən birbaşa səhiyyə naziri postuna təyinat almış Oqtay Şirəliyevdən fərqli olaraq Rəşad Mahmudov tibb ictimaiyyəti tərəfindən nüfuzlu şəxs kimi qəbul olunur. Belə bir şəxsin nazir vəzifəsinə təyinatı isə şübhəsiz ki, hazırda tənəzzül dövrünü yaşayan Azərbaycan səhiyyəsinə yeni nəfəs gətirə bilər.

Təbii ki, ictimaiyyətin səhiyyə sistemində islahatlar gözləməsinə cavab olaraq son qərarı ölkə başçısı cənab İlham Əliyev verəcək. Həmişə olduğu kimi xalqa da, ictimai rəy də prezidentin həmin qərarının arxasındadır. Bizə isə proseslərin məntiqi sonluğunu gözləmək qalır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi