Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102555
az

Rusiyada pensiyalar bu qədər artacaq

20:3909 Fevral, 2024
256
REDAKTORUN SEÇİMİ
  • A

Rusiyada sosial pensiyaların aprelin 1-dən 7,5% indeksləşdirilməsi planlaşdırılır.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə TASS Rusiya Əmək Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

"2024-cü ildə sosial pensiyaların indeksasiyası 7,5% təşkil edəcək", - idarədən bildiriblər.

 

2024-cü ildə indeksləşdirmə səviyyəsi ilə bağlı müvafiq qərar layihəsi ictimai müzakirəyə çıxarılıb.

 

Qeyd olunur ki, indeksləşdirmə 4,1 milyon insanın ödənişlərini artıracaq, 2024-cü ilin federal büdcəsində bunun üçün 37,5 milyard rubl ayrılıb.

Nazirlik aydınlaşdırıb ki, sosial pensiyaların indeksləşdirilməsinin məbləği Rusiyada son bir ildə pensiyaçının yaşayış minimumunun artım tempinə əsasən Nazirlər Kabineti tərəfindən hər il təsdiq edilir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə fevralın 1-dən Rusiyada bir sıra sosial ödənişlərin indeksləşdirilməsinin ölkənin 20 milyona yaxın vətəndaşına təsir etdiyini bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
Qaz olmayacaq
"Vətəndaş A" serialı yarımçıq dayandırılır? (AÇIQLAMA)

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+