Livandakı Hizbullah Hərəkatı İsrail ordusuna qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Oxu24.com xəbər verir ki,açıqlamada Əl-Bağdadi mövqeyində yerləşən İsrail ordusuna məxsus "Merkava" tipli tankın idarə olunan raketlə tam dəqiqliklə vurulduğu bildirilib.
İsrailin Dovev qəsəbəsindəki kəşfiyyat vasitələrinin raket və müvafiq silahlarla hədəfə alındığı da qeyd edilib.
İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bəri davam edən qarşıdurmalarda 184 Hizbullah üzvü, 6 Əməl Hərəkatı üzvü, 31 Livanlı mülki, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.
Miri
Oxu24.com
ŞƏRHLƏR