Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib ki, Çinlə siyasi və iqtisadi yaxınlaşma nəticəsində Rusiyanın suverenliyini itirməsi “dəhşət hekayəsindən” başqa bir şey deyil.
“Biz bu dəhşət hekayələrini yaxşı bilirik. Biz Çinlə qonşuyuq. Yaxın qohumlar kimi qonşular da seçilmir. Bizim onlarla minlərlə kilometrlik ümumi sərhədimiz var”, - deyə Putin bildirib.
Oxu24.com xəbər verir ki, Rusiya prezidentinin sözlərinə görə, Moskva və Pekin əsrlər boyu birgə yaşamağa öyrəşiblər və Çinin xarici siyasət fəlsəfəsi “aqressiv deyil”. "Çinin xarici siyasət düşüncəsi həmişə kompromis axtarır və biz bunu görürük", - Rusiya prezidenti qeyd edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR