Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10246
az

Ərinin gözü qarşısında ölənə qədər zorlayır və... - Müsəlman ölkəsinin DƏHŞƏTLİ ÜZÜ

17:5723 Fevral, 2019
909
DÜNYA
  • A
İşgəncələr və Suriya həbsxanalarında qadınların zorlanması Bəşər Əsəd rejiminin müharibə silahıdır.

Oxu24.com xəbər verir ki, bu haqda “Anadolu” agentliyinə kliniki psixoloq Ayşə Xumayra Kutluoğlu Karayel deyib.

Onun sözlərinə görə, Əsəd rejiminin hədəfi qadınların şəxsiyyətinin alçaltması, onlara dağıdıcı psixoloji zərərin verilməsidir.

“Əsəd rejimi müharibə silahı kimi zorlamalardan müntəzəm istifadə edir. Bunu daha əvvəl Bosniyada serblər edirdilər. Cinsi yaxınlığa məcburiyyət, zorlama müsəlman qadının şəxsiyyətini dağıda bilər. Bu zalım tərəfindən gücün nümayişidir, bu, onun üstünlüyü sübut edir”, - Karayel deyib.

Üç il boyunca Suriyada müharibənin qadınların və uşaqların psixikasına təsirini öyrənən psixoloqun sözlərinə görə, qadın üçün hər şeydən pis şey onun bədəninə kimsənin zorla yiyələnməsi deyil, ən pis şey çarəsizlik və ləyaqətinə zərbədir.

“Elə hadisələr məlumdur Suriyada qadınları Əsədi tərifləməyə məcbur edərək camaat içində zorlayırdılar. Bəzən qadınları ölənə qədər zorlayırdılar. Əgər qadın onu zorlayan şəxsdən uşaq doğurdusa, onda uşağı onun gözləri önündə öldürürdülər. İnsanların dırnaqlarını, dişlərini kəlbətinlərlə çıxartmaq olarmı? Bəs qadını kişinin gözləri qarşısında zorlamaq, altıaylıq körpəni ananın gözləri qarşısında tapdalamaq olarmı? Bu hərəkətlərin hədəfi şüurları şikəst etmək üçün, aradan qaldırılması mümkün olmayan psixoloji zərər vurmaqdır”, - Karayel deyib.

Qeyd edək ki, Suriyada müharibə 2011-ci ilin martında dinc aksiyaların silahlı konfliktə keçməsi ilə başlanıb. BMT-nin məlumatlarına görə, müharibə nəticəsində ölkədə 500 minə yaxın insan həlak olub, 6,6 milyon doğma evini tərk etməli olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb