Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10243
az

Anası körpəni bir həftə evdə tək qoydu, uşaq acından öldü

16:2123 Fevral, 2019
939
DÜNYA
  • A
Rusiyanın Kirov şəhərində ananın məsuliyyətsizliyi üzündən 3 yaşında uşaq evdə tələf olub. Bir həftə mənzildə tək qalan körpə acından ölüb.
Oxu24.com xəbər verir ki, uşağın meyitini nənəsi aşkar edib. O, nəvəsinin ad gününü təbrik etmək üçün 21 yaşlı qızının mənzilinə gəlib. Bu zaman uşağın evdə acından öldüyü aşkarlanıb.

İçki düşkünü olan ana hadisə haqda emosiyasız danışır. O, evdə uşağa hətta içməyə su da qoymadığını etiraf edir. Guya evdən bir neçə günlük çıxıb. Rəfiqəsigilə gedən qadının başı spirtli işkiyə elə qarışıb ki, övladı yadından çıxıb. Bu bir həftədə uşağa heç baş çəkməyib.

Qonşular deyir ki, Mariya adlı qadın öz körpəsiylə bu mənzildə bir neçə ildir yaşayır. O, adətən, səliqəli geyinirmiş, özünü mədəni aparırmış. İş orasındadır ki, qonşular onu sərxoş görməzmiş.

Mariyanın anası nəvəsindən həmişə zəng vuraraq xəbər tutarmış. Bu günlərdə də nəvəsini unutmayıb. Amma hər dəfə qızı hər şeyin qaydasında olduğunu deyirmiş.

Mariya evə taksiyə veriləcək pulu olmadığına görə qayıtmadığını deyir. Bu onu cinayət məsuliyyətindən azad etməyəcək. Hadisə ilə bağlı cinayət işi açılıb. Mariyanı müvəqqəti saxlanma təcridxanasına aparıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb